09.10.2020 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Nərgiz Məhəmmədinin həyat yoldaşı Tağı Rəhmani mediaya açıqlamasında onun bu gün saat 03:00-da Zəncan zindanından azadlığa buraxıldığını təsdiqləyib.
Güney Azərbaycanın Zəncan əyalətinin Ədliyyə Təşkilatının baş direktoru İsmayıl Sadiqi Niyarəki deyib ki, 10 il qəti həbsə məhkum edilmiş Nərigiz Məhəmmədinin həbd müddəti il yarım azaldılaraq sərbəst buraxılıb: “Barəsində 16 il həbs cəzası çıxarılmış Nərgiz Məhəmmədi həmin həbs qərarının 10 ilini qəti şəkildə çəkməyə məhkum edilmişdi. Lakin Həbs müddətinin azaldılması ilə bağlı qanundan istifadə edərək, məhkəmənin razılığı ilə onun həbs müddəti 8 il yarıma endirildi və həmin müddət başa çatdığına görə o sərbəst buraxıldı” -deyə, Zəncan Ədliyyə Təşkilatının baş direktoru İsmayıl Sadiqi Niyarəki bəyan edib.
Qeyd edək ki, bir neçə vaxt əvvəl İranda 15 siyasi-mədəni fəalla birlikdə, birgə bəyanat yayaraq, İranın indiki hakimiyyətini “islah olunmaz rejim” adlandıraraq BMT-nin nəzarəti altında İranda referendum keçirilməsini tələb edən Nərgiz Məhəmmədi insan hüquqları sahəsində apardığı dinc fəaliyyətinə görə həbs edilərək edilmişdi. O, “dövlət əleyhinə təbliğat aparmaqda”, “edamın tədrici ləğvi üçün kampaniya başlatmaqda” və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 16 il həbsə məhkum edilmişdi.
Həbsinin uzun müddətini Tehranın Evin zindanında təzyiq altında saxlanılan Nərgiz Məhəmmədi son aylar həbsxanada olarkən daha bir neçə xəstəliyə, o cümlədən də koronavirusa yoluxmuşdu. O, son vaxtlar ailəsinin yaşadığı Zəncan şəhərinin həbsxanasına köçürülmüşdü.

Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |