10.10.2020 [12:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Səid Sultani dünən gecə ailəsi ilə yaratdığı 2 dəqiqəlik telefon əlaqəsi zamanı Təbrizin "ETTELAAT" İdarəsində olduğunu deyib.
Amma həbs edilməsindən 6 gün keçməsinə baxmayaraq, Babək Kiyumərsinin harada saxlanması və vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. Ailəsi fəalın sağlamlıq vəziyyətindən narahatdır və bu günə qədər Babək Kiyumərsi barədə məlumat almaq üçün müxtəlif orqanlara müraciət etsələr də, onlara cavab verən olmayıb.
Güney Azərbaycanın Culfa şəhərindən olan hər iki fəal oktyabın 4-də Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbrizdən Culfaya göndərilmiş dəstəsi tərəfindən iş yerlərində tutulublar.
"ETTELAAT" işçiləri Səid Sultanini tutuduqdan sonra onun evində təftiş apararaq, fəalın şəxsi avtomobili, mobil telefonu, kitabları və komputerini özləri ilə aparıblar.
Hər iki fəal keçmişdə də apardıqları mübarizələrə görə həbs ediliblər.
Səid Sultani 2006-cı ildə İran qəzetinin türkləri təhqir etməsinə etdiyi etiraza görə Culfa şəhərində həbs edilmişdi. O, tutulandan sonra Təbrizin "ETTELAAT" İdarəsinin təcridxanasında ağır işgəncələrə qalmış, daha sonra Culfa zindanına köçürülmüş və burada məhkumluq həyatı yaşamışdı.
Fəal 2014-cü ildə ermənilərin Culfa kilsəsində törətdiyi fitnələrə qarşı keçirilmiş etirazlarda da həbs edilmişdi. O, həmçinin 2015-ci ildə "Fitilə" proqramının türkləri təhqir etməsinə qarşı baş tutmuş etirazlarda da Tehran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Bəbək Kiyumərsi isə 2011-ci ilin iyun ayının 6-da təhlükəsizlik qüvvələri tərəfindən Culfa şəhərinin Şuca bölgəsində yerləşən atasının evində tutulmuşdu. O, 2018-ci ildə illik keçirilən Babək Qalası mərasimində də saxlanılaraq, bir neçə saat sorğu- sual edildikdən sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışd

Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |