13.11.2012 [12:07] - Güney Azərbaycan xəbərləri
İranda islahatçılara yaxınlığı ilə tanınan azərbaycanlı ruhani, keçmiş prokuror, ayətullah Əbdülkərim Musəvi Ərdəbili noyabrın 11-də Hüquq Mühafizə Qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəmlə görüşüb.
Ölkənin düzgün idarə olunmadığını bildirən Musəvi Ərdəbili rəsmiləri səriştəsizlikdə günahlandırıb: “Yuxarıda əyləşən cənablar ya bilmirlər, ya da mövcud problemlərə bilərəkdən fikir vermirlər. Şəxsən güman edirəm ki, onlar mövcud şəraitlə bağlı hər şeyi bilirlər. Çünki xəbərlər hamıdan əvvəl onlara çatdırılır. Əlbəttə, ola bilsin ki, bunların hüquq mühafizə qüvvələrinə dəxli olmasın. Lakin bunları sizə deyirəm ki, gedib ölkə rəsmilərinə çatdırasınız.
Bu gün ağır həyat sürən ölkə əhalisi gündən-günə artan bahalıqdan narahatdır. İnsanların güzəranı çox ağırdır. Misal üçün, kiminsə xəstə uşağının iynəyə ehtiyacı olsa, ya tapılmır, tapılsa da, qiyməti çox yüksəkdir. Ölkə iqtisadiyyatının indiki durumu cəmiyyətimizdəki kasıb təbəqəyə təzyiq göstərir. Ölkə bu tərzdə idarə olunmamalıdır. Bir məscidi də belə idarə eləməzlər. Vəziyyət belə olan halda biz hansı üzlə əhalidən istəyək ki, qarşıdan gələn prezident seçkisinə qatılıb kiməsə səs versin. Axı ölkə iqtisadiyyatı bu qədər ağır şəraitdə olduğu halda nəyə görə prezident hər dəfə 50 nəfəri də yanına salıb dalbadal xarici səfərlərə getməlidir?”

Bu xəbər oxucular tərəfindən 1235 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |