11.10.2020 [10:33] - Gündəm, Sosial
Ötən gün Hindistanda COVID-19 infeksiyasına 73 min 792 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 7 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 7 milyonu ötən ikinci ölkədir.
Hindistanın Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 926 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 108 min 286-ya çatıb.
Artıq iki aydır ki, Hindistan koronavirus pandemiyasının yeni episentrinə çevrilib. Avqustun əvvəlindən bəri sutkalıq ən çox yoluxma və ölüm Hindistanda qeydə alınır.
Hindistan hazırda ümumi yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır.

Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |