Şrift:
Tramp: “Əgər İran Amerikaya qarşı xoşagəlməz addım atsa, bədəlini min qat artıq ödəyəcək”
11.10.2020 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tramp deyib ki, İran İslam Respublikası maliyyə qaynaqlarını itirdiyinə görə artıq “Həmas”a və digər terrorçu qruplara maddi yardım göstərə bilmir: “ İran yaxşı bilir ki, əgər bizə ziyan vurmaq üçün Amerikaya qarşı pis və ya xoşagəlməz hər hansı bir addım atsa, bunun bədəlini min qat artıq ödəməli olacaq. Bu barədə onlara artıq xəbərdarlıq da edilib.


Biz iranlılara açıq şəkildə demişik ki, bizə qarşı hər hansı bir addım atacağınız təqdirdə, biz də sizə qarşı indiyəcən görünməmiş addımlar atacaq, tədbirlər görəcəyik.


Mənim prezidentliyim dövründə İran artıq terrorçu təşkilat və qruplaşmalara maliyyə yardım etmək üçün bütün imkanlarını itirib. Bir sözlə, onlar (İran rejimi) artıq varlı deyillər və regionda bu qədər problem yaradan “Həmas” və digər terrorçu təşkilatlara yüz milyonlarla dolla pul verə bilmirlər” -deyə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bildirib.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed