Şrift:
Pompeo: “İndi avropalılar da İran rejiminin yaratdığı təhlükənin fərqindədirlər”
11.10.2020 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Pompeo deyib ki, İranın apardığı nüvə fəaliyyəti dünyanın təhlükəsizliyinə qarşı bir təhdiddir: “Artıq amerikalıların çoxu, hətta avropalılar da, eləcə də Orta ŞƏrq və körfəzdəki ölkələr də İran İslam Respublikasının yaratdığı təhlükənin fərqindədirlər. Ola bilsin ki, yalnız Amerikanın siyasi elitasından olan bəzi şəxslər bunu dərk edə bilmirlər.


Daha doğrusu, hamı bu təhlükə və problemi dərk edir. Lakin ayrı-ayrı ölkələrin müxtəlif zamanlarda bu probləmə yanaşma tərzi fərqli olsa da, onların heç biri İran rejiminin dünyada terrorizmin ən böyük himayədarı olmasına şübhə etmir və bu baxımdan eyni fikirdədirlər.


İran rejimi hazırda uranı zənginləşdirməklə bağlı imkan və qabiliyyətlərini gücləndirmək üçün, həmçinin keçmişdə olduğu kimi istənilən yerdə problem yaratmaq məqsədilə təxribatçı fəaliyyətini davam etdirir. Bu isə qəbuledilməzdir.


Biz isə dünən İrana qarşı daha geniş sanksiyalar tətbiq etdik. Elə sanksiyalar ki, əsasən İran İslam Respublikasının banklarını və onun bütün maliyyə qurumlarını hədəfə alır” -deyə, ABŞ-ın baş katibi Mayk Pompeo bəyan edib.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed