Şrift:
Tacikistan portalında Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı məqalə yerləşdirilib
12.10.2020 [09:47] - Xəbərlər, Hərb
Tacikistanın “avesta.tj” portalında Ermənistan tərəfindən Azərbaycanın qədim Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı rus dilində məqalə yerləşdirilib.

istinadla dərc edilən məqalədə Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərində mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutmasının 1949-cu il Cenevrə Konvensiyasına zidd olduğu bildirilir. Qeyd olunur ki, humanitar atəşkəs rejiminin tətbiqindən sonra Ermənistan Azərbaycanın şəhər və kəndlərinə 500-dən çox mərmi atıb.

Portal, həmçinin Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımını da yayıb.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed