12.10.2020 [10:32] - Xəbərlər, Hərb
Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə qazandığı uğurlar, işğal altında olan yaşayış məntəqələrinin azad edilməsi bütün xalqımız kimi, tərtərlilərdə də böyük ruh yüksəkliyi yaradıb.
Bu sözləri Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov deyib. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin oktyabrın 9–da Azərbaycan xalqına müraciətini bütün tərtərli gənclər qürur hissi ilə dinləyiblər. Dövlət başçısının "Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq... Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək" sözləri cəmiyyətimizdə olan ruh yüksəkliyini daha da artırıb, qələbəyə böyük inam, əminlik yaradıb.
"Biz Prezidentimizlə və qəhrəman ordumuzla fəxr edirik. Tərtərli gənclər hər zaman olduğu kimi ordumuza dəstək nümayiş etdirərək döyüşçülərimizin arxasında dayanıb və Ali Baş Komandanın əsgərləri kimi dövlətimizin sərhədlərinin bərpa olunması üçün silaha sarılmağa hazırdır" - deyə, Emin Pənahov bildirib.

Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |