Şrift:
“Qarabağ xalq sənətkarlığı” adlı sərgi istifadəçilərə təqdim olunub
12.10.2020 [11:14] - Xəbərlər, Mədəniyyət
Oktyabrın 12-də Qarabağ xalq sənətkarlıq nümunələrinin tanıdılması məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Qarabağ xalq sənətkarlığı” sərgisini virtual rejimdə istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Qarabağ bölgəsinin qədim xalçaçılıq sənəti, zərgərlik nümunələri, qədim türk musiqi alətləri və onlar haqqında məlumatlar, fotolar nümayiş olunur.

Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Azərbaycanın ən qədim bölgələrindən biri və bu torpağın incisi sayılan Qarabağ həm də sənət, mədəniyyət mərkəzi kimi şöhrətlənib. Qarabağda daşişləmə, dulusçuluq, metalişləmə, toxuculuq, təsvirisənət, zərgərlik və digər sənət növləri özünəməxsus yer tutur.

Qarabağ dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir diyardır. Qarabağ bütünlükdə, mədəniyyətimizin, musiqimizin beşiyidir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_xalq_senetkarligi/index.htm linkindən istifadə edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed