Şrift:
“Leyli və Məcnun” ilk dəfə ABŞ səhnəsinə çıxıb
13.11.2012 [12:54] - Mədəniyyət
Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası Kaliforniyanın San Fransisko şəhərində ifa edilib.

Opera San Fransisko Dünya Musiqisi Festivalı (San Francisco World Music Festival) çərçivəsində ilk dəfə səhnələşdirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev tədbirdə “Leyli və Məcnun” operasının tarixi barədə məlumat verib, onun müsəlman dünyasında ilk opera olduğunu və indiyə kimi sevilə-sevilə ifa edildiyini qeyd edib. Sonra diplomat Azərbaycanın xalq artisti, məşhur pianoçu, hazırda San Fransiskoda yaşayan Çingiz Sadıqova San Fransisko Dünya Musiqisi Festivalının xüsusi fəxrnaməsini təqdim edib. Fəxrnamə Sadıqova Azərbaycan musiqi və mədəniyyətinin ABŞ-da və bütün dünyada təbliği sahəsində gördüyü işlərə görə verilib.
Opera tamaşasında gənc xanəndələr Vüsalə Musayeva və İlkin Əhmədov Leyli və Məcnun rollarını ifa ediblər. Mahir instrumental ifaçılar İmamyar Həsənov (kamança) və Rüfət Həsənov (tar), eləcə də Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət orkestr xanəndələrimizi müşayiət edib.
Bu xəbər oxucular tərəfindən 1220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed