12.10.2020 [11:15] - Xəbərlər, Mədəniyyət
10 oktyabr 1920-ci ildə əhalinin sosial müdafiəsini təşkil olunması məqsədilə Naxçıvanda Sosial Təminat Şöbəsi yaradılıb. Tarixin sonrakı inkişaf mərhələlərində idarəetmə quruluşunun dəyişməsinə müvafiq olaraq, bu təşkilat müxtəlif adlarla fəaliyyət göstərib. Ulu öndərimiz Heydər Əliyevin 3 aprel 1993-cü il tarixli Fərmanı ilə sözügedən qurum Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlandırılıb.
Bu faktlar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev tədbirdə çıxış edərək, bu gün 100 illik yubileyi qeyd edilən nazirliyin tarixi inkişaf yolu keçdiyini qeyd edib.
Nicat Babayev bildirib ki, Ulu Öndərimizin Fərmanı ilə sözügedən qurumun Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlandırılması muxtar respublikada sosial müdafiə sisteminin daha da təkmilləşməsinə, bu sahədə zəruri qanunvericiliyin formalaşmasına, sosial siyasətin ən vacib istiqamətlərinin icrasında daha da güclü mexanizmlərin yaradılmasına əlverişli şərait yaradıb. Sonrakı illərdə bu sahədə təmin edilən davamlı inkişaf, müvafiq Dövlət proqramları çərçivəsində görülmüş tədbirlər insanların sosial müdafiəsinin daha etibarlı qorunmasına səbəb olub.
Nazir deyib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada əmək resurslarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, xüsusi qayğıya ehtiyacı olan insanlara mənzillər və avtomobillər təqdim olunur. Görülən bu işlərlə yanaşı, əlilliyi olan şəxslərin tibbi reabilitasiyanın günün tələbləri səviyyəsində təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə muxtar respublikada Naxçıvan Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi istifadəyə verilib və hər iki mərkəz yeni tibbi avadanlıqlarla təchiz olunub”.
Daha sonra nazirlik strukturunun ən yaşlı əməkdaşlarından olan Bayram Nəcəfov çıxış edərək artıq 20 ildir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda çalışdığını və ölkəmizdə kadr hazırlığına verilən yüksək qiymətin nəticəsi olaraq, 25 dekabr 2018-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunduğunu bildirib.
Gənc əməkdaş Nazim Nəcəfov isə çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq məzunu olduğu Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiliyinə verilib. Nazim Nəcəfov bildirib ki, hələ tələbəlik illərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində praktiki işlərə cəlb olunub və müşahidə etdiyi vətəndaşlara göstərilən xidmət, qayğı və iş prinsipi ona bu sahə üzrə işləməyinə əlavə stimul verib. Daha sonra ötən ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi imtahanlarda uğur qazanaraq Babək Rayon Məşğulluq Mərkəzində baş məsləhətçi kimi əmək fəaliyyətinə başlayıb.
Sonda nazirlik strukturunun bir qrup əməkdaşı səmərəli fəaliyyətinə görə fəxri fərman, hədiyyələr və pul mükafatı ilə təltif olunublar.

Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |