Şrift:
Nuri Həmədani: Dağlıq Qarabağ azad edilməlidir
12.10.2020 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın nüfuzlu din xadimi Ayətullah Nuri Həmədani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirib.

Yazılı açıqlama yayan Ayətullah Azərbaycan Respublikasında səfərdə olduğunu, xalqları və bölgəni yaxından tanıdığını diqqətə çatdırıb. Qeyd edib ki, Dağlıq Qarabağ İslam dünyasının bir parçasıdır və işğaldan azad olunmalıdır.

Ayətullah vurğulayıb ki, İran ilə Azərbaycan arasındakı xoş və mehriban münasibətlər bəzi qüvvələri narahat edir. Bu münasibətləri korlamağa cəhd edirlər. Xalqlarımız ayıq olmalı, təxribatlara uymamalıdır.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed