12.10.2020 [16:47] - Xəbərlər, Siyasət, Siyasi partiyalar
Göründüyü kimi itisadi və diplomatik müstəvidə Azərbaycana uduzan Ermənistan, 27 sentyabrdan aktiv fazaya keçən müharibədə də ordumuz qarşısında qaçılmaz məğlubiyyətlə üzləşib. Bu səbəblərdən də erməni hökuməti və diasporu tam gücü ilə informasiya cəbhəsində nəaliyyət əldə etməyə çalışır. İnformasiya müharibəsinin əsas istiqamətlərindən biri də dünya ictimaiyyətinə bu və ya digər formada xəbər çatdırmaqdır. Təbii ki, işğalçı-terrorçu dövlət olan Ermənistanın məqsədi beynəlxalq ictimaiyyəti çaşdırmaq və öz yalanlarına inandırmaqdır. Bunun qarşısını almaq üçün Azərbaycan dövləti bütün resurslarından istifadə edir. Eyni zamanda bu gün müşahidə olunan möhtəşəm dövlət-hakimiyyət-ordu-xalq birliyi onu göstərir ki, hər kəs bu müharibədə qələbə qazanmağımız üçün əlindən gələni etməyə hazırdır. Xalq olaraq bütün potensialımızdan istifafə etməyin ən mühüm zamanıdır bu gün. Ona görə də hesab edirik ki, nə qədər ki, əlinə odlu silah alıb Vətən müharibəsinə qatılma imkanı olmayan vətəndaşımız varsa, əlində olan vasitələri Vətən uğrunda silaha çevirə bilər. Bu gün baş verənlər fonunda beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırmaq ən böyük xidmətlərdən biridir. Bunun üçün sadəcə xarici əlaqələri olan qurumların və şəxlərin gecikməməsi şərtdir.
İlk öncə Azərbaycan Milli Elmlər Akademiyasının və bütün təhsil ocaqlarının elmi heyyətinə müraciət edirik. Ümid edirik ki, Vətən naminə ən mühüm məqamlarda ön sıralarda yer alan alimlərimiz və elm adamlarımız yenə önə çıxacaqlar. Mövcud əlaqələrdən maksimim şəkildə yararlanmaqla xarici elm mərkəzləri, təhsil ocaqları və elm adamlarını həqiqətlər barədə məlumatlandırmaqda gecikməyin lütfən... Çünki, insan beyni birinci aldığı informasiyanı şüuraltı həqiqət kimi qəbul edir. Geciksəniz, sonra həqiqəti bir də sübut etmək məcburiyyətində qalacaqsınız. O da çox gec ola bilər... Azərbaycanın böyük elmi kontingenti var.Bir çox xarici elm mərkəzləri,qurum və akademiya,univerisitetlərin fəxri və ya həqiqi üzvləri var aranızda. Bu elm adamlarımızın hər biri əlaqəsi olan əcnəbi kolleqa yoldaşına kiçik bir məlumat versə, ortaya böyük bir nəticə çıxar.
Hesab edirik ki, bu prosesi müvafiq dövlət qurumları nəzarətə götürüb tapşırıq və tövsüyyələrlə kordinasiya etsələr proses daha effektiv həyata keçər.
Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, bütün yazıçı, şair və ədəbiyyat adamlarına müraciət edirik. Çoxlarınız xaricdə müxtəlif ədəbiyyat qurumları tərəfinfən yüksək mükafatlara layiq görülmüsünüz və o qurumlarda sizə hörmət, ehtiram vardır. Yəqin ki, qələminizin həqiqəti yayan silaha çevrilməsinin ən vacib zaman olduğunu hamıdan yaxşı anlayırsınız. 5-10 cümləniz belə yetərlidir, hansı ki, sizin daha geniş və aydın yazılarla savaşacağınıza əminik. Lütfən, həqiqətləri sadəcə əcnəbi dostlarınıza çatdırmaqda keçikməyin...
Mədəniyyət, incəsənət xadimlərimiz- aktyorlarımız, müğənnilərimiz, rəssamlarımız və bu istiqamətlərdə fəaliyyət göstərən çoxsaylı qurumlar, görürsünüz ki, sərhəd tanımayan mədəniyyət bu gün özüylə həm də xəbər, təbliğat daşıyır. Dünyanın bu nəbzini tutmaqda gecikməyəcəyinizə inanırıq. Bilirsiniz ki, sənət adamlarının auditoriyası daha geniş olur və sadə həqiqətləri insanlara çatdırmaqda mühüm mövqeyə sahibdirlər. Odur ki, Azərbaycanın sadə həqiqətləri barədə əcnəbi sənətçilərin məlumatlı olması üçün onları sadəcə məlumatlandırın.
Azərbaycan idmançılarının isə dünya miqyasında qazandıqları uğurların sayı-hesabı olmadığı kimi, dostluq münasinətində olduqları xarici idman təşkilatlarının və idmançıların da sayı-hesabı yoxdur. Bayrağımızı idman arenalarında ucaltığınız kimi, dostlarınızın qəlbində də ucaltmağa çalışın ki, düşmən təbliğatına uyub işğal olunmuş torpaqlarımızda ucalmasına qarşı çıxmasınlar.
Bütün sosial şəbəkə istifadəçiləri isə bacardıqları qədər bu şəbəkələrdə də aparılan informasiya müharibəsində iştirak etsələr ermənilərin dünya ictimaiyyətini çaşdırmaq şansı sıfıra bərabər olar- hər halda ölkə daxilində 10 milyondan, dünyada isə 60 milyondan çoxuq.
Hazırkı stiuasiyada müraciətimizdə qeyd edilən məsələ ilə bağlı hər hansı bir addım atma imkanı olan azərbaycanlının bir gün belə gözləməsi- gecikməsi, cəbhədəki mülki şəxslərimizi atəşə tutan düşmən artileriyasının susdurulması üçün imkanı olan hərbiçinin durub gözləməsi ilə eyni ölçülə bilər. Odur ki, hər kəs gecikmədən bacardığı qədər beynəlxalq aləmə erməni təxribatı, teroru və vandalizmi barədə məlumat verməli, Azərbaycanın haqq səsini dünyaya çatdırmalıdır ki, QARABAĞ AZƏRBAYCANDIR!
Milli Dirçəliş Hərəkatı Partiyası/12.10.2020

Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |