13.10.2020 [09:55] - Gündəm, Sosial
Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Slovakiyada oktyabrın 15-dən etibarən bir sıra sərtləşdirici tədbirlər qüvvəyə minəcək.
Qapalı məkanlarla yanaşı, açıq havada da tibbi maskalardan istifadə icbari olacaq. Bununla yanaşı, kafe və restoranların fəaliyyətində bir sıra məhdudiyyətlər tətbiq olunacaq, fitnes studiyaları isə ümumiyyətlə bağlanacaq.
Koronavirus Böhran Mərkəzindən bildirilib ki, əsas məhdudiyyət açıq havada da tibbi maskalardan istifadə edilməsidir. Hökumət rəhbəri İqor Matoviçin sözlərinə görə, bu qərarla hökumət yoluxmanın artmasını ləngitməyə çalışır.
Restoranlar isə oktyabrın 15-dən etibarən yalnız yeməklərin çatdırılma xidmətini həyata keçirə bilərlər, müştərilərə məkandaxili xidmət qadağan olunur. Eyni zamanda fitnes studiyaları və hovuzların da fəaliyyəti dayandırılacaq. Ölkə üzrə bütün kütləvi tədbirlər qadağan olunur və ərzaq malları mağazaları ahıllar və risk qrupuna daxil insanlar üçün ayrıca iş saatlarında açıq olmalıdır.
Bu qərarların hansı müddətə qəbul olunduğuna dair açıqlama verilməyib. Hazırda koronavirusa yoluxma hallarının ümumi sayının 20 minə çatdığı Slovakiyada gündəlik yoluxma sayı 1054 nəfərdir.

Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |