Şrift:
Həbsdə olan 2 fəal- Cəfər İsmayılzadə və oğlunun son vəziyyəti barədə xəbər var
13.10.2020 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
bu iki fəalın yaxınları bildirirlər ki, cari ilin sentyabr ayının sonlarında Şərqi Azərbaycan əyalətinin Məhkəməsinin 27 saylı şöbəsi "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsinin verdiyi sənədlər üzrə onları həbsə məhkum edib.


Fəallar ailələri ilə yaratdıqları telefon əlaqəsi zamanı bildiriblər ki, onlara qarşı "ictimai rəyi təşviq etmək və İnstagramda siyasi sistem əleyhinə təbliğat aparmaq" kimi ittihamlar irəli sürülüb.


Fəallar keçirilən məhkəmə prosesində etdikləri çıxışlarda dəlillərin kifayət qədər olmaması səbəbindən özlərinə qarşı çıxarılmış ittihamlara xitam verilməsinə nail olublar.


Amma bu qərar sonuncu məhkəmə instansiyası tərəfindən təsdiqlənməlidir və hələ də ata və oğul olan milli fəallar həbsxanadadırlar. "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsinin bu hökmə etiraz etməyə 10 gün möhləti var.


Xatırladaq ki, Cəfər İsmayılzadə və övladı Atilla 2020-ci ilin iyun ayının 6-da özlərinə qarşı çıxarılmış 1 il həbs hökmünü çəkmək üçün Təbrizin Mərkəzi həbsxanasına salınıblar.


Cəfər İsmayılzadə kikboksinq idman növü üzrə ölkə federasiyasının həm hakimi, həm də məşqçisi kimi çalışıb. Oğlu Atilla isə bu idman növü üzrə müxtəlif ölkə və beynəlxalq turnirlərin qalibidir.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed