14.10.2020 [09:49] - Xəbərlər, Sosial
Ermənilərin Dağlıq-Qarabağda, keçmiş DQMV-nin sərhədləri daxilində yaşadığı və SSRİ dövründə ətraf 7 rayonda demək olar ki, məskunlaşmadıqları heç kimə sirr deyil. 2014-cı ildə sabiq prezidentləri konkret olaraq demişdi ki, həmin 7 rayon bufer zona kimi işğal edilib və burada əsas məqsəd Qarabağ ermənilərini maksimum dərəcədə azərbaycanılarla təmasdan qorumaqdır.
Hadrut şəhəri Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 inzibati hissəsindən biri olan Hadrut rayonunun inzibati mərkəzi olub. 1991-ci ilin 26 noyabr tarixində Hadrut və Martuni rayonlarının ləğv edilərək birləşdirilməsi nəticəsində Xocavənd rayonu təsis edilib.
2015-ci ilin məlumatına görə şəhər əhalisi 4.100 nəfərdən ibarət idi. Hadrut Cəbrayıl, Zəngilan, Ağdam və ya Kəlbəcərdən fərqli olaraq Dağlıq-Qarabağın özüdür. 2016-cı ilin aprel ayında ermənilər itirdikləri ərazilərə "əşi, 800 hektar əkinə yararsız torpaq sahəsi itirmişik" deyib, söhbəti malalasalarda, eyni söhbəti Hadrut üçün edə bilməyəcəklər.
Status-kvo və cəbhə xəttinin ləğv olunduğu açıqdır. Azərbaycan ordusu bəlkə də, masada güclü görünmək üçün Arazboyu rayonları (Cəbrayılın qalan kəndləri və Zəngilanı) yox, məhz Hadrutu azad etdi.
Bu günə qədər danışıqlar 5 rayon + 2 rayon üzərindən aparılır və Dağlıq Qarabağa muxtariyyət verilməsi nəzərdə tutulurdusa, artıq muxtariyyətin verilməsi texniki olaraq mümkün deyil. Hadrut məğlubiyyətini almanların Stalinqrad məğlubiyyəti ilə müqayisə etmək olar.
Sərdarabad döyüşündən bu yana, iştirakçısı olduğu bütün müharibələri uda-uda gələn, məğlub edilməz erməni ordusunun yerini tanklarını, yük maşınlarını və yüzlərlə silah-sursatını döyüş meydanında atıb qaçan erməni əsgərləri əvəz etdi.
Daşnaktsutyun, Hnçak və Ramagvar mütləq şəkildə Nikol Paşinyandan "necə oldu ki, Azərbaycan Hadrutu ələ keçirdi və 7 rayon cəhənnəm düz Qarabağın dərinliklərinə doğru irəlilədi ?" sualına ciddi formada soruşacaq. 27 sentyabrdan bu günə qədər baş verən hadisələr göstərdi ki, 30 il yox, 100 il keçsə belə Azərbaycan öz beynəlxalq ərazilərinin işğal olunması faktı ilə heç vaxt barışmayacaq.
An etibarı ilə Qarabağda yaşayan ermənilərinin mütləq əksəriyyəti ərazini tərk edərək Ermənistana sığınıb və əminəm ki, bu saat çoxusunu ağlında Kanada, Almaniya, ABŞ və ya Avstraliya kimi ölkələrə humanitar əsaslarla "qaçqın" kimi getmək fikri var.
Erməni diasporunu uzun illərdir araşdırmış biri olaraq deyim ki, Livan erməniləri istisna olmaqla qalan diaspora erməniləri Qarabağ məsələsi ilə bağlı Ermənistan erməniləriləri ilə eyni düşünə bilmir. Məsələn, bir Argentina ermənisi internetdə baxır ki, Qarabağda vəziyyət pisdir, deməli Buenos-Ayresdəki Azərbaycan səfirliyinin qabağına gedib mitinq etmək və müvafiq fondlara 100-200 dollar köçürmək lazımdır. Ancaq, bir Argentina ermənisi heç vaxt döyüşmək üçün kütləvi və ya fərdi formada Qarabağa gəlməz. 130 minlik icmadan söhbət gedir.
Çünkü diaspora erməniləri Qarabağla öz aralarındakı bağlı duya bilmirlər. Sırf buna görədir ki, Ermənistanda bir çoxları Livan ermənilərindən başqa qalan ölkələrdəki diasporaları tez-tez assimilyasiya olmaqda günahlandırır.
Diaspora ermənilərinin ortaq dərdi "1915-ci il hadisələrinə görə" Türkiyəyə bir yol tapıb təziq etmək və əgər mümkün olsa təzminat almaqdır. Dediklərmin ən böyük sübutu, I Qarabağ müharibəsi dövründə Latın Amerikasından ümumiyyətlə ermənilərin döyüşlərə gəlmədiyini göstərə bilərəm.
Bir dənə Monte Melkonyan Kaliforniyadan atdana-atdana gəlmişdi, onu da Ağdamın Mərzili kəndində haqq dünyasına yola saldılar.
P.S Hadrut qəsəbə yox, şəhərdir. Bildiyiniz şəhər.

Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |