Şrift:
Ukraynada koronovirusla bağlı karantinin müddəti ilin sonuna qədər uzadılıb
14.10.2020 [10:07] - Gündəm, Sosial
Ukrayna Nazirlər Kabinetinin iclasında ölkədə karantin müddətinin dekabrın 31-dək uzadılması barədə qərar qəbul edilib.

Bu barədə Ukraynanın Baş Naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

Baş Nazir bəyan edib ki, karantin müddətinin uzaldılmasına səbəb koronavirusa yoluxma hallarının kəskin artmasıdır. Onun sözlərinə görə, bu müddətdə karantinin şərtləri də sərtləşdiriləcək.

Son statistik məlumata görə, Ukraynada koronavirusa yoluxanların sayı 270 min 587 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 5122 nəfərdir, 120 min 562 min xəstə isə sağalaraq evə buraxılıb. Sutkalık koronavirusa yoluxma halları 5-6 min civarında dəyişir.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılmişdı.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed