Şrift:
Türkiyədə bir gündə 1671 nəfər koronavirusa yoluxub
15.10.2020 [10:21] - Gündəm, Sosial
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə yeniliklərin tətbiq olunmasına baxmayaraq gündəlik yoluxma sayında azalma müşahidə olunmur. Əhalidən maska taxmaq, təmizlik və sosial məsafə qaydalarına əməl etmək tələbi gündəlik həyatın vacib şərtlərindəndir.

Səhiyyə naziri Fahrettin Koca nazirliyin Elmi komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, gündəlik yoluxma vilayətlər üzrə fərqli dinamikadadır. Hazırda ölkənin böyük şəhərlərindən olan İstanbulda kəskin artım, Ankarada isə azalma müşahidə olunur.

Oktyabrın 14-də Türkiyədə 115 min 328 nəfər testdən keçirilib. Onlardan 1671 nəfərin testinin nəticəsi müsbət çıxıb. Gün ərzində bu xəstəlikdən 57 nəfər ölüb, 1396 nəfər isə sağalıb. Ölkə üzrə koronavirus infeksiyasına yoluxanların sayı 340 min 450 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed