15.10.2020 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə güney azərbaycanlılar sosial şəbəkələrdə yaydıqları görüntülərdə xəbər veriblər. Bildirilir ki, həmin TIR-ların içərisində müsəlman Quzey Azərbaycan türklərinin qətliamında istifadə edə bilməsi üçün İran tərəfinin Ermənistana göndərdiyi silahlar, hərbi texnika və logistik vasitələr var.
Qeyd edilir ki, adi vəziyyətdə Nurduz sərhəd buraxılış məntəqəsindən 1 yük maşınının keçməsi təxminən 8 saat vaxt alır. Amma İranın son dövrlər və hazırda Ermənistana göndərdiyi bu cür TIR-lar və yük maşınlar heç bir gömrük yoxlanışı olmadan, sürətli şəkildə Nurduzdan bu ölkəyə buraxılır.
Eyni zamanda, digər etibarlı mənbələr Rusiyanın İran ərazisindən keçərək Ermənistana aparılması üçün İranın Ənzəli limanına (bəndər) yeni silah- sursat və texnika göndərdiyi barədə məlumat yayırlar.
Qeyd etmək lazımdır ki, Quzey Azərbaycan Ordusunun Dağlıq Qarabağın bəzi bölgələrini işğaldan azad etməsindən sonra Rusiya və İranın Ermənistana hərbi və logistik dəstəyi dəfələrlə çoxalıb. Bundan öncə Rusiyanın silah-sursat və hərbi texnika ilə yüklənmiş 600-dən çox "Kamaz" markalı hərbi maşınlarının İran ərazisindən keçərək Nurduz sərhəd buraxılış məntəqəsindən Ermənistana ötürülməsi ciddi etirazlarla qarşılanmışdı.

Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |