Şrift:
Səhiyyə Nazirliyi tərəfindən COVID-19 ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə sentyabr ayı üzrə müddətli əlavələr ödənilib
16.10.2020 [11:01] - Xəbərlər, Sağlıq
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən sentyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Belə ki, Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1220 tibb işçisinə 850 min manat məbləğində müddətli əlavə ödənilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed