16.10.2020 [11:21] - Gündəm, Mədəniyyət
Dubayda Yaxın Şərq regionunun ən böyük incəsənət sərgi-yarmarkası “World Art Dubai” baş tutub. Sərgi ənənəvi olaraq hər il dünyanın ən seçilmiş və müasir rəssamlarını bir yerə toplayır. Builki layihə üçün isə dünyanın müxtəlif ölkələrindən 2000-ə yaxın rəsm əsəri toplanıb və Beynəlxalq Ticarət Mərkəzinin (World Trade Centre) “Şeyx Said” salonunda ABŞ, Almaniya, İspaniya, Fransa, Avstraliya, Yaponiya, Çin, Ərəb Əmirlikləri, Rusiya və Hindistandan ən tanınmış sənət xadimləri ilə bərabər gənc rəssamlar da iştirak ediblər.
2020-ci il incəsənət yarmarkasının əsas mövzusu “Düşüncəni azad et” proqramı çərçivəsində yaradıcılıq seminarları, görkəmli rəssamların açıq ustad dərsləri, moda dünyasının novatorlarının təqdimatları, foto və rəqəmsal incəsənət sahəsində çalışan tanınmış mütəxəssislərin çıxışları baş tutub.
Bu il forumda Azərbaycanı beynəlxalq müsabiqələr laureatı, Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyeva təmsil edib. Geniş pavilyonu əhatə edən gənc rəssamın əsərlərinin nümayişi Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda mübarizə aparan Azərbaycan Milli Ordusuna həsr olunub. Rəssam Nərgiz Quliyevanın Azərbaycana (“Xəzər” və “ Bahar qızı”), Türkiyəyə (“İzmir” və “Alaçatı”) həsr etdiyi rəsmləri, eyni zamanda, multikulturalizm mövzusunda çəkilmiş “Çin şahzadəsi”, “Afrikalı” və “Mərakeşli qız” və digər əsərləri incəsənət yarmarkasının ən uğurlu və yaddaqalan hadisəsi kimi qiymətləndirilib. Sərginin sonunda Nərgiz Quliyeva dünyanın tanınmış yaradıcı təşkilatları və şirkətləri olan “Arabian boutique”, “Origins collective”dən əməkdaşlıq təklifi alıb, eyni zamanda, “Artistree Gallery”nin dəvəti ilə Hindistanda 2021-ci ildə fərdi sərginin keçirilməsi barədə razılığa gəlinib.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Dubaydakı Baş Konsulluğu rəssam Nərgiz Quliyevanın “World Art Dubai” incəsənət sərgisində iştirakına təşkilati dəstək verib.

Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |