16.10.2020 [11:25] - Gündəm, Sağlıq
Ukraynada son sutka ərzində koronavirusa yoluxma halları 6 minə yaxınlaşı
Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün ölkədə 5992 nəfər koronavirusa yoluxub, 106 nəfər isə həyatını itirib. Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 287 min 231 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 5408 nəfərdir, 121 min 919 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib

Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |