17.10.2020 [13:06] - Xəbərlər, Hərb
Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları Ermənistanın bu gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissələrini raket atəşinə tutmasını hərbi cinayət adlandırıb.
Portallar Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Twitter” hesabına istinadla yazır: “Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir”.
Portallar yazır ki, Ermənistanın Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 10-dan çox insan həlak olub, 40-dan çox adam yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qırğızıstan portalları Hikmət Hacıyevə istinadla yazır: “ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir”.

Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |