18.10.2020 [09:53] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının həmmüəlliflərindən biri və Ali Sovetdə həmin Aktın leyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olan, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, İstiqlalçı deputat Fərəc Quliyev “18 Oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə bildirilir:
“Azərbaycan xalqının böyük əzmkar mübarizəsi nəticəsində 1991-ci ilin 18 oktyabr tarixində zəfər qazanaraq, bərpa etdiyi Müstəqillik Gününün 29-cu ildönümü münasibəti ilə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirik.
Bu Böyük günün əhəmiyyətini yeni nəsillərə daim aşılamaq borcumuzdur ki, Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir. Eyni zamanda qazanılmış zəfərin mahiyyəti xalqa aşılanmalıdır ki, müstəqillikdən əvvəl sovet respublikalarını bürümüş azadlıq hərəkatlarının ideoloji baxımdan qaynaqlandığı mərkəzlərdən biri də Azərbaycan olduğu üçün, imperiyanın güc rıçakları var gücü ilə Azərbaycanda hərəkatı boğmağa, müstəqilliyə gedən yolun qarşısını almağa çalışırdı. Digər tərəfdən də Azərbaycanın bir Türk dövləti kimi müstəqillik qazanmasını istəməyən kifayət qədər beynəlxalq və regional güclər var idi.
Lakin bütün bunların qarşısında Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, azadlığına qovuşdu və müstəqilliyini elan edərək müsəlman Şərqinin ilk demokratik Respublikasını bərpa etdi.
Vətənimizin bir hissəsində qazanılmış bu müstəqilliyin Bütöv Azərbaycanı əhatə edəcəyinə əminliyimizi bildirir, bu müqəddəs yolda xalqımıza daha böyük əzm və iradə arzulayırıq.”
AÇILMAZSA TIKLAYIN
[media=https://youtu.be/AZE1GZXsias]

Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |