Şrift:
Nur-Sultan şəhərinin ən hündür binalarından biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
18.10.2020 [10:36] - Xəbərlər, Mədəniyyət
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin mərkəzindəki ən hündür binalardan biri Azərbaycana dəstək məqsədilə iki gün müddətində dövlət bayrağımızın rənglərində işıqlandırılacaq.

Son günlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrə, təcavüzkar Ermənistanın mülki vətəndaşlarımızı, uşaqları qətlə yetirməsinə, müxtəlif şəhərlərimizi atəşə tutmasına Qazaxıstan vətəndaşları da kəskin etiraz edirlər.

Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyasının və Qazaxıstan tərəfinin birgə təşəbbüsü ilə tarixi, əlamətdar günlərdə Azərbaycana dəstək məqsədilə həyata keçirilən bu aksiya qardaş qazax xalqının xalqımıza mənəvi dəstəyinin ifadəsi hesab oluna bilər. Bina həm də 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bayrağımızın rənglərinə bürünüb.

Qeyd edək ki, Qazaxıstan paytaxtının mərkəzində Azərbaycan nümayiş etdirilməsi sosial mediada böyük marağa səbəb olub və böyük dəstək qazanıb
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed