18.10.2020 [12:30] - Gündəm, Hadisə
Vyetnamda son günlər yağan şiddətli yağışların əmələ gətirdiyi torpaq sürüşməsi nəticəsində ən azı 22 hərbçi dağıntı altında qalıb.
Hadisə Vyetnamın mərkəzi hissəsində yerləşən Quanqtri vilayətində səhər saatlarında baş verib. Sürüşmə nəticəsində Vyetnam ordusunun 4-cü korpusuna aid hərbi hissənin birinin kazarması dağılıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Bir neçə gün əvvəl qonşu vilayətdə baş verən sürüşmə nəticəsində çoxu hərbçi olmaqla 13 nəfər ölüb.
Qeyd edək ki, oktyabrın əvvəlindən bəri Vyetnamda güclü yağışlar müşahidə olunur. Bu cür hava şəraitinin əmələ gətirdiyi torpaq sürüşməsi, palçıq axını, daşqın və sel ümumilikdə, 64 nəfərin ölümünə səbəb olub, bir neçə nəfər itkin düşüb. Quanqtri vilayətində çaylarda suyun səviyyəsi son 20 ildə ən yüksək həddə çatıb. Sinoptiklər şiddətli yağışların bir neçə gün davam edəcəyini bildiriblər.

Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |