14.11.2012 [11:36] - Gündəm, Güney Azərbaycan xəbərləri
Səbəb İranda biznes imkanlarının məhdudlaşmasıdır
İranlı iş adamları Qarabağda və Ermənistanda geniş investisiya yatırmağı planlaşdırır.İran mətbuatının verdiyi xəbərə görə, yaxın zamanlarda iki böyük iqtisadi proqramın icrası nəzərdə tutulur. Ermənistan- İran Ticarət Palatasının sədri Levon Aharonyan qeyd edib ki, birinci proqram kənd təsərrüfatı sahəsində həyata keçiriləcək.
“Biz Gürcüstan sərhədindən tutmuş İran sərhədinə qədər torpaqları nəzərdən keçirmişik. Kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Onların əsas istədikləri otlaqlar və 5 milyona qədər mal-qara saxlamaqdır. Bunun üçün isə Qarabağda daha böyük imkanlar var”.
İkinci proqram isə, Qarabağ və Ermənistanda zeytun bağlarının salınmasıdır. Levon qeyd edib ki, zeytun özü xeyirli olmaqla bərabər çox gəlirli sahədir. “Zeytun uzun müddətli və gəlirli biznesdir. Bu Ermənistan iqtisadiyyatına yeni gəlir mənbələrinin qazandırılması deməkdir”.
Qeyd edək ki, İranlı iş adamlarının Ermənistana investisiya qoyması təkcə iki ölkə arasında yaxşı münasibətlərdən irəli gəlmir. İranda artıq müharibə panikası yaşandığından iş adamları vəsaitlərini ölkədən çıxarmağa çalışırlar. Bundan əlavə, sanksiyalar da İranda biznes mühitini zədələyir. Burada ölkəmiz üçün də yeni imkanlar yaranır. İran iş adamları üçün Azərbaycanda imkanların yaradılması Ermənistanı daha pis vəziyyətdə qoya bilər.

Bu xəbər oxucular tərəfindən 1290 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |