Şrift:
Ukraynada koronavirusa yoluxanların sayı 300 mini keçib
19.10.2020 [11:05] - Gündəm, Sağlıq
Ukraynada koronavirusa yoluxanların sayı 300 min nəfəri keçib.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün ölkədə 4766 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada 303 min 638 nəfər bu virusa yoluxub. Bu infeksiyadan ölənlərin ümumi sayı 5673 nəfərdir, ölənlərin 75 faizi 60 yaşdan yuxarı insanlardır.

Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed