Şrift:
Özbəkistan portalları Gəncənin raket atəşinə tutulması ilə bağlı məqalələr verib
20.10.2020 [10:29] - Xəbərlər, Sosial
Özbəkistanın “fikr.uz, “interpress.uz” və “kun.uz” portalları özbək və rus dillərində Gəncənin raket atəşinə tutulmasını pisləyən məqalələr çap edib.

Ermənistan dövlət səviyyəsində Azərbaycanın şəhər və kəndlərində yaşayan dinc əhaliyə qarşı terror aktları həyata keçirir.

“fikr.uz”, “interpress.uz” saytları yazır ki, bu haqda ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Daxili prosedurlar başa çatdıqdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub.

Saytlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verir, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfdən işğal olunması diqqətə çatdırılır.

“kun.uz” portalı Türkiyənin Anadolu agentliyinə istinadla bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticə vermədiyini bildirib. “Otuz ildir ki, toplaşırlar, danışırlar, dağılışırlar. Bir münaqişənin müzakirələri otuz il çəkərmi?”, - Türkiyə Prezidenti deyib.
Bu xəbər oxucular tərəfindən 280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed