Şrift:
Milli fəal Sara Turi Təbrizdə həbs edilib
20.10.2020 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yaxınlarının dediklərinə görə, dünən yerli vaxtla saat 19:00- dan xanım Sara Turinin telefonu sönüb və həmin andan ondan heç bir xəbər yoxdur.


Məhkəmə və aidiyyatı orqanlar fəalın tutulma səbəbi və saxlanma yeri barədə ailəsinin etidiyi müraciətlərə cavab verməyiblər.


Qeyd etmək lazımdır ki, Quzey Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlarına dəstək və İran rejiminin işğalçı Ermənistana göstərdiyi logistik hərbi və digər dəstəklərə etiraz etmək üçün edilən çağırışların ardınca müxtəlif şəhərlərdə çoxlu sayda güney azərbaycanlı fəal Tehran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed