Şrift:
Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib
20.10.2020 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Nurduz gömrük buraxılış məntəqəsinin bağladılması və Quzey Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilmiş həmin etirazlarda tutulan həmin xanımlar saxlanan zaman Tehran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülüblər.


Hadisə şahidləri bildirirlər ki, analar və bacılar övladları ilə birlikdə döyülüblər, daha sonra isə polis tərəfindən istintaq təcridxanalarına aparılıblar. Həmin xanımlardan biri Sara Turidir.


Hələlik digər xanımların kim olduqları məlum deyil.


Xanım Turinin yaxınları bildirirlər ki, "Ettelaat" İdarəsindən onlarla əlaqə saxlayıb, fəalın məsələsinə görə "Ettelaat"a çağırıblar.


Digər fəalların tutulma səbəbi və saxlandıqları yer barədə yaxınlarına məlumat verilmir.


Qeyd etmək lazımdır ki, Quzey Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlarına dəstək və İran rejiminin işğalçı Ermənistana göstərdiyi logistik hərbi və digər dəstəklərə etiraz etmək üçün edilən çağırışların ardınca müxtəlif şəhərlərdə çoxlu sayda güney azərbaycanlı fəal Tehran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Oktyabrın 18-də bu məqsədlə keçirilən etiraz aksiyaları zamanı da çoxlu sayda güney azərbaycanlı İran rejiminin repressiya qüvvələri tərəfindən tutulub.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed