Şrift:
İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”
21.10.2020 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, İran Səhiyyə Nazirliyinin xəstəlik qurbanlarının gerçək sayı barədə yaydığı statistik rəqəmlər düzgün deyil və həqiqəti əks etdirmir: “Ölkədə koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı ikiqat yarımdan çoxdur.


Daha doğrusu, rəsmi tribunalardan elan edilən rəqəmlər həqiqətə uyğun deyil və biz əgər hər gün ölkədə neçə nəfərin yoluxucu xəstəlikdən öldüyünü öyrənmək istəyiriksə, rəsmi kanallardan elan edilən ölü sayını ən azı 2.5-ə vurmalıyıq ki, virusdan vəfat edənlərin həqiqi sayını əldə edə bilək” –deyə, İranda Koronavirusla Mübarizə üzrə Qərargahın elmi komitəsinin üzvü Məsud Mərdani bəyan edib.

Qeyd edək ki, oktyabrın 19-dan başlayaraq, İranda koronavirusdan ölənlərin gündəlik sayı kəskin artaraq, 300 nəfəri keçib.


İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün mediaya açıqlamasında son sutkada daha 322 nəfərin xəstəlikdən vəfat etdiyini bildirib.


İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə rəsmi tribunalardan elan edgilən statistikanı rədd edərək, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 125 500 nəfəri keçdiyini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed