Şrift:
Honqkonq İran gəmilərinin qeydiyyatını ləğv edəcək
14.11.2012 [13:35] - Güney Azərbaycan xəbərləri
Honqkonq hökuməti İranın neft daşıyan 19 yük gəmisinin qeydiyyatını ləğv edəcəyini açıqlayıb.
Noyabrın 12-də Honqkonq hökumətinin bununla bağlı yaydığı bəyanatda deyilir ki, həmin gəmilər İran Milli Gəmiçilik Şirkətinin nəzarəti altında fəaliyyət göstərir. Gəmi sahiblərinə bildirilib ki, onların qeydiyyatı yaxın 3 ayda tədricən ləğv ediləcək və onların Honqkonq bayrağı altında dənizdə hərəkətinə bir daha icazə verilməyəcək.
Bəyanatda İran gəmilərinin qeydiyyatının ləğvi qərarı Qərbin İrana qarşı sanksiyaları (təhrimləri) ilə əlaqələndirilir.
Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed