Şrift:
İncəsənət məktəbinin müəllim və şagirdlərindən şanlı ordumuza dəstək
23.10.2020 [11:47] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdləri müzəffər ordumuza məktub ünvanlayıb.

İdarədən bildirilib ki, həssaslıqla yazılan məktubda əsgərlərimizə sonsuz güvən bəslədikləri, onların hər birinin ailəmizin bir üzvü kimi qəbul etdiklərini qeyd ediblər. Vətəni sonsuz sevgi və sədaqətlə sevən əsgərlərimizlə qürur duyduqlarını vurğulayıblar.

Cənnət Qarabağımızın hər guşəsində 3 rəngli bayrağımızın dalğalanmasını görmək hər birimizin arzusudur. Bu arzumuzu reallaşdıran mərd vətən oğullarımız bu gün şagirdlərimizə örnəkdir. Şagirdlər də öz qəhrəmanlarına ürək sözlərini al-əlvan dünyalarının rənglərinə boyanmış fırçaları ilə söyləyiblər.

Əsgərlərimizə göndərdikləri rəsmlərdə qələbə xəbəri ilə qayıdacaq əsgərlərimizi səbirsizliklə qarşılamağa can atdıqlarını, onlarla görüşə tələsdiklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed