23.10.2020 [11:48] - Xəbərlər, Mədəniyyət
Qarabağda verəcəyimiz konserti səbirsizliklə gözləyirəm. Azərbaycan musiqisinin Qarabağın hər guşəsində səslənəcəyi günləri çox yaxındadır. Bu sevinci bizə yaşatdığı üçün başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla Azərbaycan Ordusuna sonsuz təşəkkürlərimi bildirirəm. Hazırda məşqlərimiz davam edir. Ən böyük arzum möhtəşəm bir proqramla Azərbaycan musiqisinin beşiyi olan Şuşaya səfər etməkdir. O torpaqlar bizim üçün, Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti üçün çox darıxıb. Bu həsrətin sona çatdığını iliklərimə qədər hiss edirəm. Qəlbim ifadə edə bilmədiyim hisslərlə doludur. Bu sevincin həddi-hüdudu yoxdur.
Bu sözləri müsahibəsində Türkiyədə fəaliyyət göstərən “Xəzər” Azərbaycan xalq rəqsləri qrupunun rəhbəri Gülçehre Sarısu Sanqu deyib.
Artıq 30 ildən çoxdur Azərbaycan xalq rəqslərini, musiqisini və mədəniyyətini türk gənclərinə tanıtdığını bildirən Gülçehre xanım söyləyib: “Bu istiqamətdə bir çox işlərimiz olub. Gənclər Azərbaycan mədəniyyətinə çox böyük maraq göstərirlər. Burada əsas məqsəd Türkiyə və Azərbaycan gənclərinin bir araya gəlməsidir. İki qardaş ölkə gənclərinin hər yerdə olduğu kimi, bu sahədə də həmrəyliyini dünyaya nümayiş etdirməkdir. Mədəniyyətimizi gənc nəsillərə ən düzgün yolla çatdırmaq da bu sahənin təmsilçiləri olaraq hər birimizin borcudur. Bunun üçün əlimdən gələni edirəm. Mən azərbaycanlı qızıyam və bununla da hər zaman qürur duymuşam. Səkkiz yaşımdan etibarən Vətənimin musiqisinə, rəqslərinə aşiq olmuşam və rəqs etməyə başlamışam. Xalqımın mədəniyyətini dünyada tanıtdığım üçün daim fəxr etmişəm”.

Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |