23.10.2020 [12:08] - Gündəm, Sağlıq
Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin üçüncü monitorinqi həyata keçirilib.
İşçi qrupunun üzvü Nailə Daşdəmirova növbəti onlayn müsahibəsində bildirib ki, oktyabrın 11-də başlayan 3-cü monitorinq oktyabrın 21-də yekunlaşıb. İşçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərlərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib. Bundan əlavə, monitorinqin keçirilməsi zamanı müəyyən olunan çatışmazlıqların aradan qaldırılması üçün peşəkar məsləhətlərlə bölüşüblər.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Nailə Daşdəmirova sahə tibb məntəqələrində keçirilmiş monitorinqin əsas məqsədinin daxili iş prosesinin müşahidəsi və yoxlanılması olduğunu xüsusi qeyd edib: “İşçi qrupumuzun nümayəndələri tərəfindən hər bir məntəqədə termometriyanın təşkili, sanitayzerlərin mövcudluğu, tibbi maskadan düzgün istifadə olunub-olunmaması kimi meyarların monitorinqinə xüsusi diqqət yetirilib”.
Bundan başqa, COVID-19 xəstələrinə göstərilən tibb xidmətinin keyfiyyətinin yoxlanılması işçi qrupunun üzvü tərəfindən monitorinqin digər bir predmeti kimi qeyd olunub: “Bura daxil olan məqamlar bunlar olub: 814 Çağrı Mərkəzi və poliklinikalara daxil olan müraciətlərin dəyərləndirilməsi, sahə həkimlərinə yönəldilməsi, sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən edilməsi, testin ev şəraitində götürülməsi və qısa bir müddətdə cavablandırılması, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının xəstəyə çatdırılması, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlamaq və vəziyyəti haqda qeydlərin tibbi kartlara daxil edilməsi”.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı dayanmadan artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib: “Məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) səhər saat 08:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərir. İş yükünün artması sabəbindən məntəqələrə əlavə tibb işçi heyəti də cəlb olunub”.
İşçi qrupunun üzvü sahə məntəqələrinin tibbi heyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunması haqqında da məlumat verib: “Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunur və nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”.
Nailə Daşdəmirova müsahibəsinin sonunda sahə tibb məntəqələrinin işində tətbiq olunmuş yeniliklər haqqında da məlumat verib: “Belə ki, 814 Çağrı Mərkəzi və poliklinikalara daxil olan müraciətlərin əsasında müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvlərinin müəyyən olunması həyata keçirilir. Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya edilir”.

Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |