Şrift:
Kiyev şəhərinin meri koronavirusa yoluxub
25.10.2020 [10:19] - Gündəm, Sağlıq
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko koronavirusa yoluxub.

Merin “Telegram” sosial şəbəkəsi xəbər verir ki, Kliçkonun COVID-19 infeksiyası üçün oktyabrın 24-də verdiyi testin cavabı müsbət olub.

Kliçko özünü yaxşı hiss etdiyini bildirib və ev şəraitində müalicə alacağını qeyd edib. Mer kiyevliləri karantin rejiminə ciddi əməl etməyə çağırıb.

Qeyd edək ki, Ukraynada koronavirusa yoluxma faktı sutkalıq 7 min nəfərdir, onun da əksəriyyəti Kiyev şəhərinin payına düşür
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed