Şrift:
Güney Azərbaycanlı fəalı işgəncə edən zindan məmuru ilə bağlı qərar qəbul olunub
15.11.2012 [11:14] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı fəal Fərdin Muradpurun həbsxanada işgəncə edilməsi məsələsi ilə bağlı yeni xəbər yayılıb.
Fərdin Muradpurun “Facebook” səhifəsində yerləşdirilən məlumata görə, onu zindanda döyüb və işgəncə edən Rzazadənin təqib olunacağına dair qərar qəbul edilib.
Muradpur isə məhkəmənin 11-ci İstintaq şöbəsinin qərarına 10 gün ərzində etiraz edə bilər.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal keçən ay Təbrizin mərkəzi zindanında, Rzazadə adlı bir məmur tərəfindən işgəncə edilib və döyülmüşdür. Azərbaycanlı məhbus bununla bağlı həftələrlə aclıq aksiyasi keçirib və sözü gedən məmura qarşı şikayət etmişdir.
Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed