27.10.2020 [10:14] - Gündəm, Sosial
Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi süjet yayımlayıb.
Azərbaycanla Ermənistan arasında davam edən müharibənin başlamasından artıq bir ay ötdüyü qeyd edilən süjetdə bildirilir ki, ötən dövrdə üç dəfə humanitar atəşkəs elan olunsa da, bunun bir nəticəsi olmayıb.
Xatırladılır ki, Azərbaycanın tərkib hissəsi olan, lakin Ermənistan tərəfindən uzun müddətdir ki, işğal altında saxlanılan Dağlıq Qarabağda döyüşlər sentyabrın 27-də başlanıb.
Qeyd edilir ki, Rusiya iki dəfə, ABŞ isə bir dəfə tərəflər arasında humanitar atəşkəs barədə razılığın əldə olunmasına vasitəçilik etsə də, bu razılaşmalar qısa zamanda aradan qalxıb. ABŞ son olaraq oktyabrın 26-da əldə edilən razılaşmaya vasitəçilik edib.
Süjetdə Azərbaycanın ikinci böyük şəhəri olan və döyüş bölgəsindən təqribən 100 kilometr məsafədə yerləşən Gəncəyə raket zərbələri endirilməsinə xüsusi yer ayrılıb. Azərbaycanlı həkimin bu kanala müsahibəsi geniş işıqlandırılıb. Həkimin sözlərini sitat gətirən telekanal bildirib: “Yatmış uşaqlara hücum Ermənistan silahlı qüvvələrinin nə qədər barbar, vəhşi olduğunu təsdiq edir. Ermənistan ordusu cəbhədə əsgərlərlə döyüşmək əvəzinə, mülki insanlara hücum edir”.
Süjetdə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumundan sonra aparılan axtarış-xilasetmə əməliyyatları barədə kadrlara da yer verilib.

Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |