15.11.2012 [12:09] - Gündəm, Siyasət
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə 2002-ci ildən ləğv edilən ölüm hökmünün bərpa edilməsinin tərəfdarıdır.
Bu məsələnin müzakirəsi zamanı baş nazir qeyd edib: “Avropada ölüm hökmü ləğv edilib. Nəyə görə ABŞ,Yaponiya və Çində buna əməl edilmədi? Deməli, ölüm hökmünün ləğv edilməməsi üçün bu ölkələrin əsaslandırılmış səbəbləri var”.
Türkiyə hökumətinin rəhbəri bu bəyanatı PKK üsyançıları ilə türk ordusu arasında qarşıdurma nəticəsində artan qurbanlarla əlaqələndirib.
Norveç məhkəməsinin Anders Breyvikə çıxartdığı qərara münasibət bildirən Ərdoğan deyib: “Nəyə görə 77 insanı öldürən bir şəxs cəmi 21 il cəza almalıdır?”
Qeyd edək ki, 2002-ci ildə ölkənın Avropa İttifaqına üzvlüyünə hazırlıq işlərinə yönəlik islahatlar paketi çərçivəsində Türkiyə ölüm hökmünü ləğv edib.

Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |