27.10.2020 [11:02] - Gündəm, Sosial
Ləzgi xalqının tarixi taleyi Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır. Ləzgilər və azərbaycanlılar arasında qədim köklərə və ənənələrə malik etnomədəni bağlar, çoxəsrlik mehriban qonşuluq münasibətləri bu günədək davam etməkdədir. Təmsil olunduğum ləzgi xalqı əsrlər boyu bu torpaqda yaşayıb yaradaraq azərbaycanlılarla doğmalaşıb, qardaşlaşıb, başlarına gələn bütün bəlalardan birgə çıxıblar. Azərbaycanı özlərinin doğma Vətəni hesab edən ləzgilər digər millətlər kimi, tolerantlığın və multikultural mühitin hökm sürdüyü bu ölkədə dil və mədəniyyətlərini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini bu günə qədər qoruyub saxlayıb və inkişaf etdiriblər. Azərbaycanın ləzgi əhalisi torpaqlarımızın müdafiəsində də, erməni işğalçılarına qarşı müharibədə də qardaşlarının yanında olub, qanlarını töküb, şəhidlər veriblər.
Bu sözlər bölgə müxbirinə açıqlamasında ləzgi xalqının nümayəndəsi, Oğuz rayonu Qarabulaq kənd tam orta məktəbin direktoru Sədrəddin Qarayev söyləyib.
Bu gün şanlı ordumuzun işğal altında olan torpaqlarımızı azad etmək üçün Ermənistan kimi məkrli düşmənlə qəhrəmanlıqla vuruşduğunu, möhtəşəm qələbələr qazandığını sevinc hissi ilə qeyd edən rayon ziyalısı deyib: “Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev öz gərgin fəaliyyətində xalqın ona inamından və etibarından güc alır, Vətən müharibəsində döyüşçülərimizi yeni-yeni qələbələrə ruhlandırır. Dövlətimizin başçısı ölkəmizdə yaşayan və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın Prezidentidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim gücümüz bizim birliyimizdir”.
Ermənistanın terroru dəstəkləyən və təxribatçı ölkə olduğunu vurğulayan Sədrəddin Qarayev deyib: “Mənfur düşmənimiz olan ermənilər və onların havadarları ləzgilərin ön cəbhədə doğma Vətən uğrunda igidliklə vuruşmağına başqa don geydirərək, azərbaycanlılar və digər millətlərlə aralarını vurmaq, milli ədavət salmaq məqsədilə kütləvi informasiya vasitələri ilə yalan, iftira yaymaq üçün çox çalışdılar. Lakin onlar məqsədlərinə nail ola bilmədilər. Çünki, ölkəmizdə yaşayan bütün millətlər bir-biri ilə sarsılmaz tellərlə bağlıdır və onları heç bir qüvvə ayıra bilməz. Ləzgi xalqının bir nümayəndəsi kimi, mən böyük qürur hissi ilə bildirmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağımla fəxr edirəm”.

Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |