Şrift:
Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabı çıxıb
15.11.2012 [12:40] - Mədəniyyət, Qərbi Azərbaycan-İrəvan
Yazıçı, jurnalist, “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlunun “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabı çapdan çıxıb.

Kitabda XIX-XX əsrlərdə Zəngəzur mahalında doğulmuş, bolşevik və daşnak terrorundan qurtulmaq üçün Anadolu torpaqlarına köçüb yaşamağa məcbur olmuş, burada əbədiyyətə qovuşmuş bir çox tanınmış şəxsiyyətin ömür yoluna nəzər salınıb.
Bu şəxsiyyətlər arasında filosof, şair Mir Həmzə Seyid Nigari, onun oğlu, şair Siraci, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, xalq qəhrəmanı Sultan bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, jurnalist, naşir Mirzə Sadıq Axundzadə, AXC parlamentinin üzvü, həm çar Rusiyası, həm də bolşevik inqilabından sonra Zəngəzur qəzasında rəhbər vəzifələrdə çalışmış Baba Məmmədov, Müsavat Partiyasının 5-ci başqanı, tibb professoru Mehmet Azər Aran, 30-cu illərədək əlində silah bolşeviklərə qarşı döyüşən tanınmış hüquqşünas Əhəd Unal, diplomat, Azərbaycan Kültür, Milliyyətçilər, Yardım dərnəklərinin qurucu rəhbərlərindən olmuş Taki Aran və başqaları var.
Bu xəbər oxucular tərəfindən 1812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed