28.10.2020 [10:34] - Gündəm, Sosial
Fransanın “Charente Libre” qəzetində erməni lobbisinin fransız deputat Jerom Lamberi hədələməsi ilə bağlı məqalə dərc edilib.
Məqalədə ermənilərin fransız deputata yazdığı hədə və təhqirlər verilib.
Bildirilib ki, deputat Jerom Lamber Azərbaycan Prezidentinin “Le Figaro” qəzetində dərc olunmuş müsahibəni paylaşıb. Onun sonda yazdığı “Ermənistan bu münaqişəni alovlandırmaqda davam edir” şərhini ermənilər neytral hesab etməyib. Bundan sonra J. Lamber ermənilər tərəfindən yüzlərlə təhqir və hədə dolu mesaj alıb.
“Bir də ermənilər haqqında belə danışsanız, hərəkətlərinizə görə məsuliyyəti özünüz daşıyacaqsınız... başınıza bəla axtarmayın, çünki Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu və mafiya Fransadadır. Ona görə də ... (təhqir) cəhənnəmdə yanmağınızı arzulayıram”, kimi yüzlərlə təhqir və hədə dolu mesajlar məqalədə dərc edilib.
Buna cavab olaraq J. Lamber bildirib ki, Azərbaycan haqqında xoş sözlər dediyi üçün ona qarşı aqressivlik göstərilib, təhqir və hədələr yazılıb. O qeyd edib ki, Azərbaycan regionun problemlərinin mərkəzində olduğu, beynəlxalq siyasətdə vacib rol oynadığı üçün bu ölkə ilə dostluq qrupuna qoşulub.
“Bunları mənə yazanlar ekstremistlərdir”, - deyə J. Lamber vurğulayıb və söz azadlığı hüququ olduğunu diqqətə çatdırıb.
Fransız deputat təhlükəsizlik xidməti onun vəziyyətinə diqqət yetirdiyi üçün şikayət etmədiyini deyib. “Qorxmuram, bu, məni qorxutmaq üçündür. Bununla mənə fikrimi söyləməyə mane ola bilməzlər”, - deyə o bildirib.

Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |