Şrift:
MTN-nin strukturunda dəyişiklik edilib
15.11.2012 [13:13] - Gündəm, Hərb
Prezident İlham Əliyev müvafiq fərman imzalayıb



Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb. prezidentin rəsmi saytının verdiyi məlumata görə, əsasnaməyə aşağıdakı məzmunda bənd əlavə olunub: "Nazirliyin tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort müəssisələri tərəfindən yerinə yetirilən xidmətlərə ("Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə uyğun olaraq, pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək".

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin strukturunda da dəyişiklik edilib.
Bu xəbər oxucular tərəfindən 1432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed