28.10.2020 [12:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Biz beynəlxalq aləmdən umduğumuzu görmədik”
“Sabah bu müharibə bitəcək. Biz istəyimizə nail olacağıq. Bəs necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs hansı üzlə bizə baxacaqlar?”
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa sonuncu müraciətində bu fikirlər də yer alıb. Heç şübhəsiz ki, burada əsas hədəf ATƏT-in Minsk Qrupu deyil. Çünki son bir aydakı Vətən müharibəsində təkcə üç həmsədr ölkə məlum mövqeyi sərgiləmədi, beynəlxalq aləm, bəzi dövlətlər də ikiüzlü oyun oynadılar. Avropa Birliyi başda olmaqla, bəzi beynəlxalq təşkilatların bu sınaqdan necə çıxması barədə çoxsaylı müzakirələrə, suallara rast gəlirik.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ikibaşlı oyun oynayan dövlətlər və beynəlxalq qurumlara qarşı Azərbaycanın bundan sonra hansı mövqeyi sərgiləyəcəyi ilə bağlı danışdı:
“Azərbaycan Prezidentinin müraciətinə hər kəs diqqət etdi. O, bu məsələlərə toxundu. Çağırış da etdi ki, bu gün Ermənistana silah verənlər, humanistlik adı altında çıxış edənlər, birmənalı şəkildə ermənilərə dəstək verənlər sabah gözlərimizə necə baxacaqlar. Bir neçə il əvvəl deputat olarkən parlamentdə bildirmişdim ki, Azərbaycan iqtisadi layihələrlə, əməkdaşlıq haqqında müqavilələr imzalayanda, münasibətlər quranda mütləq siyasi ritorika olmalıdır. O dövlətlərin bizə münasibətləri nəzərə alınmalıdır. Bəzi dövlətlər qeyri-qanuni şəkildə ərazilərimizə Azərbaycanın başı üzərindən adamlar, emisarlar göndərirdilər. Hesab edirəm ki, bu gün həm də dost və düşmənlərin seçim günüdür. Təbii ki, gələcəkdə Azərbaycanla hər hansı bir iqtisadi əlaqələr qurmaq istəyənlər bu gün hərəkətlərinə fikir verməlidirlər. Bu gün kimin özünü necə aparmasını təbii ki, Azərbaycan nəzərə alacaq. Dost kimi aparanlara güzəştli münasibət sərgilənəcək, düşmən kimi aparanlara isə əlinin arxasını göstərəcək. Birmənalı şəkildə bu belə olacaq. Artıq şərtlər dəyişib. Azərbaycan nəinki 30 il əvvəlki ölkə, heç 3-4 il əvvəlki Azərbaycan deyil. Müttəfiqlərimiz qardaş Türkiyə və Pakistanı heç zaman unutmamalıyıq. Artıq türk dövlətlərindən də fərqli mövqelər gəlməyə başlayıb. Yaxın zamanlarda dünyada siyasi şəkilləndirmələrdə bu dövlətin yerləri fərqli olacaqdır. Azərbaycan artıq bölgənin lider dövlətinə çevrilir. Türkiyə ilə bir yerdə çox fərqli yerdə olacağıq. Bu gün Azərbaycana qarşı fərqli davrananlar, ona arxadan xəncər soxmağa çalışanlar, bəzi türk dövlətləri başda olmaqla, susqunluq nümayiş etdirənlər unutmasınlar ki, gələcəkdə bu məsələlər mütləq nəzərə alınacaq. Bizə dostluq göstərən Ukrayna, Gürcüstan kimi dövlətlər təbii ki, tamam fərqli münasibətlərimizi görəcəklər. Bunun başqa yolu da yoxdur”.
Müsahibimiz Avropa Birliyinin bu sınaqdan necə çıxdığına ayrıca toxundu:
“BMT-nin baş katibinə və bir sıra beynəlxalq qurumlara münasibət ünvanlamışam. Mətbuatda və sosial şəbəkədə öz səhifəmdə paylaşmışam. Haqlı olaraq ciddi tənqidlər səsləndirmişəm ki, beynəlxalq qurumlar üzərlərinə düşən işləri etmədilər. Rusiya-Gürcüstan savaşında ortaya qoyulan mövqeyin bu gün biz şahidi olmadıq. 27 ildən sonra BMT guya müzakirələr aparmaq istədi, o da qəbul etdiyi qətnamələrdən vaz keçmək üçün müxtəlif yollara əl atdılar. Təəssüflər olsun ki, haqlı savaşımızda riyakarlıqlarla qarşılaşdıq. Bu hal hələ də davam edir. Amma biz onu göstərdik ki, öz gücümüzlə, qardaş Türkiyəmizlə bir yerdə bu sınaqdan çıxacağıq. Türkiyənin mənəvi, siyasi dəstəyi bizə kifayət edir. Özümüzün kifayət qədər insan resursumuz var. Güclü orduya malikik. Xalq Ali Baş Komandanla birlikdədir. İndiyə qədər belə birlik olmayıb. Öz resursumuzla nəinki Ermənistana, onun arxasında dayanan havadarlara da dərs keçirik. Ölkə Prezidenti son çıxışında çox vacib məqamlara toxundu. Təcavüzkara-Ermənistana dəstək verən hər kəsin qarşısında dayanmağa hazır olduğunu bəyan etdi. Prezidentin çıxışları artıq bizim üçün bir platformadır. Prezidentə təzyiqlər ölkəmizə qarşı təzyiqlər kimi qəbul olunur. Biz beynəlxalq aləmdən umduğumuzu görmədik. Çox riyakar davrandılar. Gücümüz özümüzdədir”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |