15.11.2012 [14:36] - Siyasət
“Qarabağda birgə döyüşmüşük, xeyrimiz də, şərimiz də bir olub”
Son günlər Rusiyanın Azərbaycanda etnik qarşıdruma yarada biləcəyi ilə bağlı narahatlıqlar var. Rusiya paytaxtında Azərbaycanda yaşayan etnik azlıqlarla bağlı toplantının keçirilmnəsi, sosial şəbəkələrdə bölücü düşüncəli insanların fəallaşması, Azərbaycanla bağlı müəyyən mürtəce planların varlığından xəbər verir. Azərbaycanın şimal və cənub qonşusunun müstəqilliyimizin ilk illərində apardığı pozucu işləri yada salanda narahatlıq artır. Müstəqilliyin ilk illərində, 1992-93 –cü illərdə Rusiya və İran Azərbaycanın şimal və cənubunda separatçı meyllərə dəstək vermiş, müəyyən separatçı qurumlar da yaratmışdı. Bu gün vəziyyət necədir? Rusiya və İran Azərbaycanda bölücü zehniyyət daşıyıcılarını gücləndirə bilərmi? Bir sıra ekspertlər hesab edir ki, Kreml Azərbaycanda, özəlliklə də şimal rayonlarında yaşayan qeyri-türkləri ayaqlandıra bilər. Belə bir ehtimal varmı? Əslən Siyəzəndən olan tanınmış şair, publisit Oqtay Hacımusalı hesab edir ki, Azərbaycanda etnik ayrı-seçkilik siyasəti 20 il bundan əvvəl müəyyən fəsadlar versə də, indi bununla nəyəsə nail olmaz mümkün deyil: “Çünki Azərbaycan dövləti, dövlətçiliyi çox güclüdür. Həm də insanlar artıq ayılıblar, dostu, düşməni seçə bilirlər. Mən özümü bu ölkədə yaşayan bir çox türkdən daha artıq türk hesab edirəm. Biz Xəzər türklərinin varisləriyik. Siyəzənə və digər şimal rayonlarına köçürülmüş tatlar isə 5-ci əsrdə sasanilər tərəfindən Beşmarmaq səddinin tikilməsi üçün göndərilən azsaylı qrupun varisləridir. Bu arada kimlərinsə etnik qrup kimi təqdim olunması da düz deyil və bu Rusiyanın maraqlarına xidmət edir”. Yazar hesab edir ki, Rusiya və Azərbaycanda milli birliyi pozmaq cəhdində bulunan başqa dairələrin, xarici ölkələrin felinə az sayda insan aldana bilər: “Azərbaycanda yaşayan türklər, talışlar, lahıclar, saxurlar, tatlar, ləzgilər bir-biri ilə qardaşdır. Bizi birləşdirən minillərin dəyərləri var. Qarabağda birgə vuruşmuşuq, şəhidlər vermişik, dar gündə də, yaxşı gündə də bir arada olmuşuq. Hansısa vətəndaş Rusiyanın və ya hansısa başqa dövlətin fitnəsinə gedərək, beş-on manata və keçici imtiyazlara aldanaraq bu ölkəyə xəyanət edirsə, bu dözülməzdir”. Oqtay Hacımusalının fikrincə, Azərbaycanda yaşayan türkləri, qeyri-türklərdən fərqləndirən çox az şey var: “Yaşadığmız çətinliklər də hamımızındır, uğurlar da. Talış, ləzgi ailəsinin çəkdyi əziyyəti türk çəkmirmi? Siz Azərbaycanda elə bir ailə göstərə bilərsinizmi, orda, onların yaxın qohumlarında Qarabağ şəhidi olmasın? Qarabağda birgə döyüşmüşük, heç onda soruşulmurdu ki, bu hansı millətin nümayəndəsidir. Tarixən başımıza müsibətlər gətirmiş ermənilər də azərbaycanlılara qarşı soyqırım edəndə ayrım etməyiblər, müsəlmanların, azərbaycanlıların hamısını gülləbaran ediblər”.
Aydın

Bu xəbər oxucular tərəfindən 1440 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |