Şrift:
Norveç Qızıl Xaç Cəmiyyəti Bərdədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün qətlə yetirilməsini pisləyir
30.10.2020 [11:13] - Xəbərlər, Sağlıq
Norveç Qızıl Xaç Cəmiyyəti Bərdə şəhərinə raket zərbələri endirilməsi zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün öldürülməsini pisləyir.

Norveç Qızıl Xaç Cəmiyyətinin saytında yerləşdirilən məlumatda dinc əhaliyə qarşı ağır silahların istifadəsi pislənilir. “Bu cür silahlar əhalinin sıx yaşadığı yerlərdə istifadə üçün nəzərdə tutulmayıb”, - deyə Norveç Qırmızı Xaç Cəmiyyətinin regional müşaviri Morten Tennessen-Krokan bildirib. O, mülki və hərbi hədəfləri ayırd etməyən zəruriliyini qeyd edir və mülki insanlara zərər verən hücumların müharibə qaydalarına zidd olduğunu vurğulayır.

Bəyanatda 28 oktyabr hücumu zamanı Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara könüllüsünün öldürülməsi də pislənilir. Azərbaycan Qızıl Aypara Cəmiyyətindən mərhum könüllünün Bərdədə dinc sakinlərə humanitar yardım göstərdiyi qeyd olunur. Vurğulanır ki, hər hansı silahlı qarşıdurmada Qırmızı Xaç və ya Qızıl Aypara üzvünə edilən hücum müharibə qaydalarının pozulması deməkdir.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed