Şrift:
Ukraynada koronavirusa gündəlik yoluxma ilk dəfə 8 min nəfəri ötüb
30.10.2020 [11:40] - Gündəm, Sosial
Ukraynada son sutkada koronavirusa yoluxma və bu virusdan ölüm hallarında yeni antirekord qeydə alınıb.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün ölkədə 173 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7041 nəfərə çatıb.

Ötən gün Ukraynada 8312 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 378 min 729-a çatıb, 155 min 26 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Xmelnitski, Lvov və Xarkov vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed