Şrift:
Vaşinqton yaxın aylarda İranın nüvə probleminin həllinə nail olmaq fikrindədir
15.11.2012 [15:21] - Gündəm, Siyasət
Bunu prezident Barak Obama yenidən prezident seçildikdən sonra ilk mətbuat konfransında bəyan edib.
ABŞ yaxın aylarda fəal surətdə İranın nüvə probleminin həllinə nail olmaq fikrindədir və bunun üçün bütün diplomatik imkanlardan, o cümlədən Tehranla birbaşa danışıqlardan istifadə edəcək. Bunu ABŞ prezidenti Barak Obama yenidən prezident seçildikdən sonra ilk mətbuat konfransında bəyan edib. «Yaxın aylarda mən bütün diplomatik imkanlardan istifadə edərək, bu istiqamətdəki işi fəallaşdırmaq fikrindəyəm. İranın nüvə probleminin həll olunması üçün vaxt var. Bizim mövqeyimiz ondan ibarətdir ki, İran nüvə silahına malik olmamalıdır»- deyə, Obama bildirib.
Qeyd edək ki, Qərb ölkələri İranı dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran isə bu iddiaları təkzib edir.
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed