Şrift:
Böyük Britaniyada gücləndirilmiş karantin rejimi tətbiq olunacaq
02.11.2020 [10:45] - Gündəm, Sosial
Böyük Britaniyada noyabrın 5-dən etibarən gücləndirilmiş karantin rejimi tətbiq olunacaq. Bir ay davam edəcək karantin rejimi dekabrın ilk həftəsində virusa yoluxmada azalma müşahidə olunarsa, dayandırıla bilər. Lakin əksi müşahidə olunarsa, bu müddət uzadıla bilər.

Qaydalara əsasən məktəblər fəaliyyətini davam etdirəcək, lakin vacib olmayan ticarət obyektləri, restoran və kafelər bağlanılacaq.

Qapalı iş yerlərinin işçilərinə dövlət tərəfindən maliyyə yardımı olunacaq.

Hökumət tərəfindən edilən açıqlamaya əsasən budəfəki qaydalar mart-aprel aylarında tətbiq olunan rejim qədər sərt olmayacaq
Bu xəbər oxucular tərəfindən 247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed